İngiltərəli cütlük həyətlərindən tapdıqları qədim sikkələri yarım milyon dollara satdı

8-11-2025, 12:19           
İngiltərəli cütlük həyətlərindən tapdıqları qədim sikkələri yarım milyon dollara satdı
İngiltərədə bir cütlük evlərinin bağçasında qazıntı işləri apararkən təsadüfən qədim qızıl sikkələr tapıblar.

"Daily Mail" nəşri xəbər verir ki, tapılan qiymətli əşyaların XV-XVI əsrə aid olduğu müəyyənləşib.

Mütəxəssislər hesab edirlər ki, XVI əsrdə bir evin dəyərinə bərabər olan dəfinə kral VIII Henrix monastırları ləğv edərkən varlı bir keşiş tərəfindən sərvətini məmurlardan qorumaq üçün gizlədilib.

Müzakirələrdən sonra cütlük qızılları hərracda sataraq, 500 min dollar qazanıblar.

Hərracda qədim sikkələr start qiymətindən təxminən iki dəfə baha satılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]