Parisdə terror aktı planlaşdıran üç gənc qadın saxlanıldı
9-11-2025, 11:34
Fransa kəşfiyyat xidmətləri partlayıcı maddələrdən istifadə edərək mədəniyyət müəssisəsinə terror hücumu planlaşdıran üç qadını saxlayıb.
Bu barədə "Le Parisien" məlumat yayıb.
Məlumata görə, Daxili Təhlükəsizlik Baş İdarəsinin zabitləri onları bir neçə aylıq müşahidədən sonra saxlayıblar.
Qadınlardan biri əlildir və əlil arabasından istifadə edir. Müstəntiqlərin sözlərinə görə, onlar Fransa paytaxtındakı bir barda və ya konsert salonunda partlayıcı kəmərlərdən istifadə edərək hücum etməyi planlaşdırıblar.
Hər üç saxlanılan şəxs radikal İslamın tərəfdarı olan 18-21 yaş arasında Fransa vətəndaşıdır.