Yaponiyada 6,5 bal gücündə zəlzələ baş verdi

10-11-2025, 07:45           
Yaponiyada 6,5 bal gücündə zəlzələ baş verdi
Yaponiyanın şimal-şərqində 6,5 bal gücündə zəlzələ baş verib.

Bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, zəlzələnin episentri İvate prefekturasının şərqində, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Yaponiyanın şimal-şərq sahilləri üçün müvəqqəti sunami xəbərdarlığı edilib, lakin zəlzələdən bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur./Report/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]