Bu ölkədə deputatın evinə silahlı BASQIN — Bahalı saatlar və seyf oğurlandı

10-11-2025, 12:37           
Bu ölkədə deputatın evinə silahlı BASQIN —
Fransanın Eks-an-Provans şəhərində naməlum şəxslər Milli Assambleyanın deputatı Jero Verninin evinə giriblər. Hadisə zamanı dörd nəfərdən ibarət dəstə bahalı saatları, seyfi və xeyli miqdarda nağd pulu ələ keçirib.

Demokrat.az xəbər verir ki, bu barədə "Le Figaro" nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə zamanı evdə deputatın həyat yoldaşı olub.

O, basqından sonra ciddi psixoloji sarsıntı keçirib. Qadının sözlərinə görə, quldurlar maska və əlcək taxıblar. İlkin ehtimallara əsasən, bu hücum Fransanın Milli Assambleyasında son vaxtlar gərgin keçən müzakirələrlə bağlı ola bilər.

Hadisə ötən gün baş verib. Oğrular qarət etdikdən sonra Verninin evinin yaxınlığında saxlanılan avtomobillə hadisə yerindən uzaqlaşıblar.

Qeyd edək ki, Jero Verni Fransanın Aşağı Palatasına deputat seçilib və “Respublika uğrunda sağ ittifaq” partiyasının üzvüdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]