Fransada həkimə yollanan 85 yaşlı adam başqa ölkədə tapıldı
12-11-2025, 16:44
Fransanın 85 yaşlı sakininin başına qeyri-adi hadisə gəlib. O, müayinə olunmaq üçün evindən cəmi 19 kilometr məsafədə yerləşən qonşu Ervo kommunasına getmək istəyib, lakin yolunu azaraq xarici ölkəyə çıxıb.
Məlumatı "Oddity Central" yayıb.
Qeyd olunub ki, pensiya şəxs təyin olunmuş vaxtda həkimin qəbuluna gəlməyib. Bundan sonra, fəal üzvü olduğu yerli assosiasiyanın yığıncağına da qatılmayanda onun qohumları və qonşuları dərhal polisə müraciət ediblər.
Axtarışlara cəlb olunan hərbçilər kişinin yerini mobil telefon siqnalları vasitəsilə müəyyən ediblər. Məlum olub ki, telefon Xorvatiyadakı hotellərdən birindədir.
Bildirilib ki, kişi fasiləsiz olaraq 20 saat sükan arxasında olub. O, xarici ölkələrdə baş verənləri izah edə bilmədiyini etiraf edib və buna avtomobilin naviqasiya sistemindəki xətanın səbəb olduğunu deyib.