Bu dəfə qırıcı təyyarə qəzaya uğradı - Ölənlər var

14-11-2025, 09:44           
Bu dəfə qırıcı təyyarə qəzaya uğradı - Ölənlər var
Rusiyanın şimal-qərbində yerləşən Kareliya Respublikasının paytaxtı Petrozavodsk yaxınlığında qırıcı təyyarə qəzaya uğrayıb.

Referans.az xəbər verir ki, bu barədə SHOT "Telegram" kanalı məlumat yayıb.

Kanalın mənbəsinin verdiyi məlumata görə, qəzaya uğrayan qırıcı Su-27 modelidir. Hadisə şəhər aeroportunun yaxınlığında baş verib - təyyarə meşəlik əraziyə düşüb.

Lakin "112" "Telegram" kanalı bunun "Su-30" modeli olduğunu bildirib. Həmçinin kanalın mənbəsi ekipajın iki üzvünün öldüyünü qeyd edib.

Hadisə yerinə təcili yardım xidmətləri göndərilib./Publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]