Çinin peykinin orbitə buraxılışı zamanı qəza baş verdi
17-01-2026, 16:28
Çinin "Shijian-32" peykinin Siçuan kosmodromundan orbitə buraxılışı zamanı qəza baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
"Long March-3B" raketi yanvarın 17-də Pekin vaxtı ilə saat 00:55-də (Bakı vaxtı ilə yanvarın 16-da saat 20:55 - red.) havaya qalxıb, lakin uçuş zamanı anomaliya yaranıb və bu da missiyanın uğursuzluğuna səbəb olub", - deyə xəbərdə bildirilib.