Adam Kadırovdan sensasiya: Elə bir şey paylaşdı ki…
23-01-2026, 16:34
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.
Adam Kadırov sosial mediada məzmunu açıqlanmayan sirli bir video yayımlayıb.
Paylaşımın altına isə “Mən döyüşçülər arasında böyümüşəm və ölməyi çoxdan öyrənmişəm” sözlərini əlavə edib. Paylaşımın hansı məqsədlə edildiyi və mesajın kimə ünvanlandığı barədə rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, bir müddət əvvəl anonim teleqram kanallarda Adam Kadırovun Qroznıda avtomobil qəzasına düşdüyü, daha sonra isə Moskvaya aparıldığı barədə məlumatlar yayılıb. Həmin iddialarda onun səhhətində ciddi problemlərin yarandığı da qeyd olunurdu. Rəsmi qurumlar tərəfindən bu məlumatlar nə təsdiqlənib, nə də təkzib edilib.//globalinfo.az