Bir ay öncə ev verilən qazi vəfat etdi - FOTO

24-01-2026, 09:14           
Bir ay öncə ev verilən qazi vəfat etdi - FOTO
Birinci Qarabağ müharibəsi qazisi Üzeyir Məmmədov vəfat edib.

TEREF “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, bu gün Ağdam rayonunun Qarağacı qəbiristanlığında dəfn olunub.

Bildirilib ki, qazi Ağdam şəhərinə qayıdan ilk sakinlərdən biri kimi Qarağacı qəbiristanlığında ilk dəfn olunan şəxsdir.

Qeyd edək ki, Ü. Məmmədov 1967-ci ildə Ağdam şəhərində anadan olub. Milli Qəhrəman Asif Məhərrəmovun (Fred Asif) yaratdığı 859 saylı batalyonda döyüşüb və 2 dəfə yaralanıb.

O, ötən ilin dekabrında Ağdam şəhərində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın sakinlərlə keçirdiyi görüşdə iştirak etmiş və dövlət başçısı tərəfindən evlə təmin edilmişdi.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]