Goranboy rayonunda dəhşətli qətl hadisəsi baş verib.
TEREF-in məlumatına görə, hadisə bu gün səhər 5 radələrində rayonun Faxralı kəndi ərazisində qeydə alınıb.
Kənd sakini 1963-cü il təvəllüdlü Zoya Rüstəm qızı Əhmədova bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisə zamanı Z.Əhmədovanın gəlini, 1995-ci il təvəllüdlü Jalə Sahib Qızı Yolçuyeva da bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, hadisəni Z.Əhmədovanın oğlu, Vətən müharibəsi qazisi, üçüncü qrup əlil, 1987-ci il təvəllüdlü Emin Xaləddin oğlu Vəliyev törədib.
Hadisənin ailə münaqişəsi zəmininə baş verdiyi bildirilir.
Qeyd edilib ki, cinayəti törətdikdən sonra E.Vəliyev hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.