Kişi toyda rəqs edərkən öldü

Dünən, 11:14           
Kişi toyda rəqs edərkən öldü
Sumqayıt şəhərində toy mərasimi zamanı ölüm hadisəsi baş verib.
TEREF xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən "Alinea" restoranında qeydə alınıb.

Toy məclisində iştirak edən 49 yaşlı Baba Məmmədov rəqs edərkən qəfil halı pisləşib. Ona dərhal ilkin tibbi yardım göstərilsə də, kişinin həyatını xilas etmək mümkün olmayıb. O, hadisə yerində vəfat edib.

Məlumata görə, əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.("Teleqraf")












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]