Rusiyada hərbi polis binasında partlayış olub

18-02-2026, 00:13           
Rusiyada hərbi polis binasında partlayış olub
Rusiyanın Leninqrad vilayətinin Sertolovo şəhərində hərbi polis binasında baş verən partlayış nəticəsində üç nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Drozdenko öz "Telegram" kanalında məlumat paylaşıb.

"Sertolovodakı hərbi hissədə inzibati binanın uçqunları təmizlənərkən üç nəfərin cəsədi aşkar edilib", - deyə o yazıb.

Qubernator qeyd edib ki, hadisə yerində xüsusi texnika işləyir, istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, partlayış fevralın 17-si günorta saatlarında hərbi hissənin ərazisindəki hərbi polis binasının üçüncü mərtəbəsində baş verib. Partlayış dalğasının təsirindən tikilinin ikinci və üçüncü mərtəbələri, həmçinin dam örtüyü qismən uçub. Dağıntılar altında daha dörd nəfərin qala biləcəyi ehtimal edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru