Kənan M.M. həbs oluna bilər - FOTO

19-02-2026, 12:16           
 Kənan M.M. həbs oluna bilər - FOTO
“Kənan M.M.” kimi tanınan Kənan Mahmudovun yazar Orxan Saffariyə qarşı sosial şəbəkədə etdiyi paylaşım geniş müzakirələrə səbəb olub.

TEREF XəzərNews.az-a istinadən xəbər verir ki, iddialara görə, istifadə olunan ifadələr adi polemika çərçivəsini aşaraq təhqir və mümkün təhdid xarakteri daşıyır.
Hüquqi baxımdan qeyd olunur ki, şərəf və ləyaqətin alçaldılması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi (təhqir), bilə-bilə yalan məlumat yayılması isə 147-ci maddə (böhtan) üzrə məsuliyyət yarada bilər. Əgər paylaşımlarda öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə məzmunu mövcuddursa, bu hal 134-cü maddə ilə qiymətləndirilə bilər.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırma aparacağı gözlənilir. Sosial şəbəkədə edilən paylaşımların da hüquqi məsuliyyət doğurduğu vurğulanır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru