Dağıstanda külli miqdarda pulun ölkədən çıxarılmasının qarşısı alındı - FOTO

Bu gün, 11:29           
Dağıstanda külli miqdarda pulun ölkədən çıxarılmasının qarşısı alındı - FOTO
Rusiyanın Dağıstan Respublikasının Mahaçqala hava limanında gömrük əməkdaşları 177 milyon rubl (təxminən 2.2 milyon dollar) məbləğində nağd pulun ölkədən qanunsuz yolla çıxarılmasının qarşısını alıblar.

Mk.ru xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.

Məlumata əsasən, böyük məbləğdə pul vəsaiti Bişkekə uçmağa hazırlaşan 38 yaşlı Rusiya vətəndaşının çamadanlarından aşkar edilib. Saxlanılan şəxs həmin pulları daşınmaz əmlak satışından əldə etdiyini iddia edərək, ilkin alqı-satqı müqaviləsini və məxaric orderlərini gömrükçülərə təqdim edib. Lakin yoxlama zamanı sənədlərin Rusiyanın qanunvericilik tələblərinə cavab vermədiyi müəyyən olunub və valyutanın ölkədən çıxarılmasına qadağa qoyulub.

Faktla bağlı araşdırma aparılır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru