Tikan içində oxuyanlar.

Bu gün, 11:24           
Tikan içində oxuyanlar.
Bütün ömründə yalnız bir dəfə, amma digərlərindən daha gözəl oxuyan bir quş haqqında bir əfsanə var. Bir gün yuvasından çıxır və bir tikanlı kol tapmaq üçün uçur və birini tapana qədər dincəlmir. Tikanlı budaqların arasında o, mahnı oxumağa başlayır və özünü ən uzun, ən iti tikanın üstünə atır. Və sözlə ifadə olunmaz əzabdan yuxarı qalxaraq, ölərkən oxuyur, həm torağayı, həm də bülbülü paxıllıq edəcək bir mahnı. Unikal, misilsiz bir mahnı və bu, həyat bahasına başa gəlir. Amma bütün dünya dincəlir, dinləyir və Tanrı özü göylərdə gülümsəyir. Çünki ən yaxşı olan hər şey böyük əzab bahasına alınır... Yaxud əfsanədə belə deyilir. Sinəsində tikan olan quş təbiətin dəyişməz qanununa tabe olur; özü də onu hansı qüvvənin özünü tikanın üstünə atıb oxuyaraq ölməyə məcbur etdiyini bilmir. Tikan ürəyinə sancıldığı anda, yaxınlaşan ölümü haqqında düşünmür; sadəcə oxuyur, səsi kəsilənə və nəfəsi kəsilənə qədər oxuyur. Amma özümüzü tikanların üstünə atanda bilirik. Başa düşürük. Və yenə də — sinələrimiz tikanların üstündədir. Həmişə belə olacaq.
/Kollin MakKallo, "Tikan içində oxuyanlar."/
Sergey Tkachenko












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru