Luvr muzeyi Fransadakı kəskin istilərə görə iş qrafikini dəyişdi
Bu gün, 17:18
Fransada hökm sürən anomal istilər səbəbindən Luvr muzeyi bir neçə günlüyünə iş saatlarını azaldacaq.
Bu barədə muzeyin "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
"Kəskin isti hava şəraiti ilə əlaqədar olaraq Luvr muzeyi istisna hal kimi iş qrafikini dəyişir və 10 iyul cümə günündən 13 iyul bazar ertəsinədək (həmin gün də daxil olmaqla) saat 16:00-da bağlanacaq", - deyə press-relizdə bildirilir.
Normal günlərdə isə mədəniyyət müəssisəsi saat 18:00-da fəaliyyətini dayandırırdı.
Qeyd edək ki, iyun ayının sonunda Avropa misli görünməmiş anomal isti hava dalğası ilə üzləşib ki, bu da tarixi temperatur rekordlarının yenilənməsi ilə nəticələnib. Kütləvi informasiya vasitələrinin məlumatına görə, Almaniya, Fransa, Polşa, İsveçrə, Rumıniya və Slovakiyada temperaturun 40°C-dən yuxarı olacağı proqnozlaşdırılır.