SOKRAT DA ARVADINDAN DƏRS ALIB

Bu gün, 10:04           
SOKRAT DA ARVADINDAN DƏRS ALIB
Sokratın həyat yoldaşı və üç oğlunun anası Ksantippe son dərəcə davakar qadın idi
O, ərini vaxtını boş yerə sərf etdiyinə görə daim məzəmmət edir, mübahisələrə səbəb olur, qalmaqallar yaradır, hətta, yumruq davasına da laqeyd yanaşmırdı...
Sokrat, kəskin dilinə baxmayaraq, həmişə ona qarşı heyrətamiz həlimlik nümayiş etdirirdi.
Dostlar hər dəfə ondan soruşdular:
- Niyə dünyanın ən qəzəbli qadını olan Ksantippeni yenidən tərbiyə etmirsən və ya onu qovmursan?
– Yaxşı atlı olmaq istəyənlər əhliləşməyən, qaynar, coşub-daşan atlara sahiblənərlər. Ona görə də mən də əmin oldum ki, əgər onunla yaşaya bilsəm, hər hansı bir insanla rəftar. danışıq mənim üçün asan olacaq. – deyə müdrik Sokrat cavab verib.
Qəzəbl Ksantippedən sonra, fəlsəfi mübahisələrdə heç bir rəqibdən Sokrat qorxmurdu! Hətta Sokrat özünü təkmilləşdirmək üçün, belə daimi mənfi təcrübədən istifadə edirdi.
Biz həmişə şəraitdən öz xeyrimizə istifadə etməyi bacarmalıyıq, çünki istənilən vəziyyət bizə dərs kimi verilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru