DÇ-2026: Turnirin yeganə qol buraxmayan komandası Belçika ilə qarşılaşacaq

Bu gün, 10:18           
DÇ-2026: Turnirin yeganə qol buraxmayan komandası Belçika ilə qarşılaşacaq
FIFA 2026 Dünya Çempionatının son ¼ oyununa sayılı saatlar qaldı.

Referans Media xəbər verir ki, bu mərhələdə İspaniya yığması Belçika millisi ilə qarşılaşacaq.

Matç Bakı vaxtı ilə 23:00-da başlayacaq. Qarşılaşmanın qalibi dünya çempionatının yarımfinalına vəsiqə qazanacaq.

Qeyd edək ki, İspaniya bu dünya çempionatında qapısından heç bir qol buraxmayıb. Komanda 2010-cu ildən bəri ilk dəfə dünya çempionatının ¼ mərhələsinə uğurla adlamağa çalışır. Həmin il ispanlar turnirin qalibi olublar.

Belçika isə 1/8 finalda mundialın ev sahiblərindən olan ABŞ-ni inamlı oyunla məğlub edib. Belçikalılar sonuncu dəfə 2018-ci ildə dünya çempionatının yarımfinalına yüksəliblər.

Bugünkü qarşılaşmanın qalibi 14 iyulda Dallasda keçiriləcək yarımfinal oyununda Fransa ilə qarşılaşacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru