Zəfər Qurbanovun SAĞ ƏLİ... - İLGİNC İDDİALAR

Bu gün, 10:58           
Zəfər Qurbanovun SAĞ ƏLİ... -
"Zəfər Qurbanov hansı maraqla rektor təyinatından bu günə qədər - 3 ildən artıqdır ki, Təsərrüfat işləri üzrə prorektor vəzifəsinə rus əsilli Popov İvan Vasilyeviçin 4-5 dəfədir ki prorektor təyinatı üçün təqdimatını verir, amma Kənd Təsərrüfatı Nazirliyi təqdimatı geri göndərir?" Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Səbəb isə aydındır: rus əsilli Popov İvan Vasilyeviçin yalnız bakalavr diplomu var. Rektor Zəfər Qurbanov sanki qəbul etmək istəmir ki, prorektor təyin etdiyi şəxsin ən azından magistr təhsili olmalıdır. Bu tələbə görə prorektor namizədi Popov İvan Vasilyeviç artıq Aqrar Universitetin magistraturasına qəbul olub və Maliyyə nəzarəti və audit ixtisasının 1-ci kursunu bitirib. Maraqlısı da budur ki prorektorluğa namizəd Popov İvan Vasilyeviç rektor Zəfər Qurbanova hansı yaxşılığı" edib ki, o da onun namizədliyini belə israrla müdafiə edir? Yəqin ki bu yağlı müştərini də rektorun qara kassir kimi Gəncədə şəhərində tanınan Aqrar kollecin direktoru Ağayev Fəqan Fizuli oğlu tapıb. Aqrar kollecin direktoru Ağayev Fəqan Aqrar Universitetə qeyri- leqal işə qəbul prosesinə nəzarət edir. Təbii ki, havayı yerə yox...

Bununlada kifayətlənməyən Fəqan Ağayev özünü həm də Zəfər Qurbanovdan sonra rektor postunda görür, rektorluğa hazırlayır. Bu əslində hazırki rektorun da marağındadır. Ortaq şəkildə o qədər qanunsuz əməllərlə məşğul olurlar ki, kənar bir şəxsin rektor təyinatı onların ifşasına gətirib çıxaracaq..."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru