Ölkənin məhkəmə sistemini OYUNCAĞA ÇEVİRİB... - BU NƏDİ BELƏ?
Bu gün, 12:36

Özünü “Biləcəri Təmir Quraşdırma” QTSC-nin rəhbəri kimi təqdim edən Nazim Tahirovun və onun ortaqlarının qanunsuz əməlləri barədə davamlı olaraq oxucularımız məlumatlandırırq. Xatırladaq ki, bu vaxta qədər onlarla iş adamı məhz Nazim Tahgirovun ayrı-ayrı məhkəmə instansiyalarındakı himayədarları hesabına çıxılmaz vəziyyətə salınmış,Ş malk-mülklərindən olmuşdur. Hətta ölüm həddinə belə çatdırılan sahibkarlar da var ki, onlardan biri artıq canına qıyıb. Məhz Nazim Tahirovun şrələyərək və həm də məhkəmə-ədliyyə sistemindəki ortaqlarının himayədarlığı nəticəsində HÜQUQİ LABİRİNTƏ salınaraq ölüm həddinə çatdırılan iş adamı nəhayətdə özünü zəncirlə asmalı olmuşdu ki, bu "qəhrəmanlığı" ilə öyünən Tahirov hər yerdə "mən elə etdim ki, özünü it zənciri ilə asdı" deyərək sinəsinə belə döyməkdən çəkinməyib.
Yəni neçə illərdir məhz bu kimi üsullarla ölkənin nüfuzlu iş adamlarını tələyə salan Nazim Tahirovu yeni "OV MÖVÜSÜM" elan edib ki, hədəflərindən biri də Alim Lətifovdur. Artıq bu barədə oxucularımız yetərincə bilgilərə malikdir. Eyni üsulla çıxılmaz vəziyyətə salınan Alim Lətifov məhz Nazim Tahirovun məhkəmə sistemindəki adamlarının sayəsində sərvətini itirməklə yanaşı, həm də ölümlə təhdid olunmaqdadır ki, bu barədə iş adamının özü aidiyyatı qurumları məlumatlandırıb və bir neçə gün əvvəl Lətifovun Ədliyyə Nazirinə və Ali Məhkəmənin sədrinə ünvanlanmış müraciətini də ictimailəşdirmişdik.
Bütün bu proseslərdən aydın olanı odur ki, məhz məhkəmə sistemindəki adamları-himayədarları sayəsində ayrı-ayrı iş adamlarını şrələyən Nazim Lətifov əslindəşəbəkələşmiş bir dəstənin üzvüdür. Hər halda, bu istiqamətdə artıq hüquq-mühafizə orqanlarının ciddi araşdırma apardığı faktı da var.
Qeyd edək ki, Nazim Tahirova zamanında Ədliyyə nazirliyinin keçmiş baş məhkəmə icraçısı Nurəddin Mustafayev yetərincə dəstək olmuşdu və bu gün də özünün köhnə əlaqələrini məhz Tahirovun xeyrinə istifadə edən Nurəddin Mustafayev hələ də Tahirovla ortaqlığını, qanunsuz əməllərə şrəikliyini sübutlamış olur.
"DİA-AZ"ın əldə etdiyi məlumatlardan o da aydın olur ki, Nazim Tahirov ölkənin ƏN SON MƏHKƏMƏ İNSTANSİYASI hesab olunan Konstitusiya Məhkəməsinin rəhbərliyi ilə də müəyyən İSTİ ƏLAQƏLƏRƏ malikdir ki, bu da onu BÜTÜN HOQQABAZLIQ planlarında daha da ürəkli hərəkət etməyə sövq edir. Bu faktdır ki, Nazim Tahirov aşağı məhkəmə instansiyalarında ƏZMƏYƏ müvəffəq olmadığı iş adamlarını yekunda Konstitusiya Məhkəməsində SƏFİL GÜNÜNƏ salacaq qərarları asanlıqla əldə edib.
Maləsəf ki, bunlar faktdır və bu barədə aidiyyatı qurumlar gərəkən addımları atmazsa, Nazim Tahirovun qurbanlarının sayı artacaq... ölkədə HAQQ-ƏDALƏTƏ olan-qalan inam da birdəfəlik gömülmüş olacaq.
Bütün bu iddia etdiklərimizin sübutu üçün isə incə bir nüansa nəzər salmaq yetərlidir: Nədən bu vaxta qədər Nazim Tahirovun bütün "biznes ortaqlıqları" məhz MƏHKƏMƏ qapılarında bitib? Və nədən Nazim Tahirov eyni əksər hallarda Qaradağ rayon Məhkəmə qərarları icrası şöbəsinin "xidmətlərindən" yararlanıb? Bütün bunlar "Cənnət MTK" işində də, intihar məsələsində, Alim Lətifovla bağlı qalmaqallı prosesdə və digər işlərdə də müşahidə olunan bir gerçəklikdir...
Hər halda, hazırda Nazim Tahirovun fəaliyyətini araşdıran hüquq-mühafizə orqanları bu fakta ciddi qiymət verərsə, çox işlərə aydınlıq gəlmiş olacaq...

