Ucar Neft Bazasının direktoru sürəti aşaraq qəza törətdi FOTO

24-06-2015, 21:48           

teref.azya müstəqil jurnalist Fuad Hüseynov tərəfindən verilən xəbərə görə bu gün saat təxminən 19;00 radələrində Ucar rayonunun dörd yol deyilən ərazisində zəncirvari yol nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 6 ədəd avtomobil yararsız vəziyyətə düşmüşdür.Hadisəyə səbəb Ucar Neft Bazasının direktoru Təyyar Məmmədova məxsus olan 99 AA 225 dövlət nömrə nişanlı Toyota Corolla avtomobil olmuşdu. Xüsusi avtomobil olsada qanunsuz olaraq hökumət nömrəsi ilə hərəkət edən həmin avtomobil saatda təxminən 180-200 km sürətlə gələrək qəza yaratmışdı.Nəticədə dayanmış vəziyyətdə olan 5 ədəd avtomobilə ciddi zərər dəyərək yararsız vəziyyətə düşmüşdür.Hadisə nəticəsində xəsarət alan olmamışdır.






Fuad












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]