Şamaxı Rəsədxanasında direktoru maliyyə yeyintisinə görə işdən çıxarılıb

24-06-2015, 21:49           
Şamaxı Rəsədxanasında direktoru maliyyə yeyintisinə görə işdən çıxarılıb

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev tutduğu vəzifədən azad edilib.

Modern.az saytının əldə etdiyi məlumata görə, Ə.Quliyevin işdən azad edilməsinin arxasında ciddi faktlar dayanır.
Belə ki, rəsədxanada yoxlamalar zamanı maliyyə yeyintisi üzə çıxıb.
Modern.az məlumatı dəqiqləşdirmək üçün AMEA-nın Rəyasət Heyətinin adının çəkilməsini istəməyən üzvü ilə əlaqə saxlayıb.
O, faktı təsdiqləyib və əlavə edib ki, bu istiqamətdə yoxlamalar davam etdirilir.
Qeyd edək ki, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında akademiyanın strukturunda bəzi kadr dəyişiklikləri müzakirə olunub.
AMEA-nın müxbir üzvü Əyyub Quliyev Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru vəzifəsindən azad edilib. Onun səlahiyyətlərini müvəqqəti olaraq AMEA-nın müxbir üzvü Namiq Cəlilov icra edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]