Fazil Məmmədovun nazir müavini qudası rəsmən işdən çıxarıldı - Sərəncamı verildi

14-01-2018, 10:10           

Vergilər naziri Mikayıl Cabbarovun bir neçə gün öncə qeyri-müəyyən müddətə məzuniyyətə göndərdiyi nazir müavini Namiq Əliyev rəsmən vəzifədən kənarlaşdırılıb.

Mia.az-a daxil olan məlumata görə, yeni nazir müavinin işdən çıxarılması ilə bağlı müvafiq sərəncam yanvarın 12-də verilib. Bununla da N.Əliyevin nazirliklə əlaqələri tamamilə kəsilib.

Onu da qeyd edək ki, N.Əliyev keçmiş vergilər naziri Fazil Məmmədovun qudasıdır. Belə ki, keçmiş nazirin qızı nazir müavininin oğlu ilə ailə qurub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru