Mahir Emreli Kiprlə oyunda iştirak etməyəcək

7-09-2020, 07:11           
Mahir Emreli Kiprlə oyunda iştirak etməyəcək
Millətlər Liqasının qrup mərhələsində sentyabrın 5-də keçirilmiş Azərbaycan - Lüksemburq oyununda qırmızı vərəqə almış Mahir Emreli millimizin sentyabrın 8-də Kipr yığması ilə keçiriləcək səfər oyununa yollanacaq heyətdə yer almayacaq.

Bu barədə "Report" AFFA-ya istinadən xəbər verir.

Qeyd edək ki, Mahir Emreli Azərbaycan millisini UEFA Millətlər Liqasının I turunun Lüksemburqla oyununda azlıqda qoyub. O, 26-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru