“Barselona”nın ulduzuna həbs cəzası

22-01-2016, 09:59           

"Barselona"nın futbolçusu Xavyer Maskeranoya ağır cəza kəsilib.

teref.az-nun qol.az-a istinadən verdiyi məlumata görə, buna argentinalı futbolçunun 2011-2012-ci illərdə vergidən yayınması səbəb olub.

Reklam gəlirləri ilə bağlı iki ayrı maddə ilə ittiham olunan Maskerano daha öncə verdiyi ifadəsində vergidən yayındığını etiraf edib.

Barselonada gerçəkləşən məhkəmədə argentinalı futbolçunun cəzası açıqlanıb. Ona 1 il həbs cəzası ilə yanaşı, 815 min avro pul cəriməsi də tətbiq olunub.

Maskeranonun vəkili David Ayneto məhkəmədən 1 illik həbs cəzasının pul cəriməsi ilə əvəz olunmasını tələb edib. İttiham tərəfi bu barədə şikayəti dəstəkləyib və futbolçunun cəzaçəkmə müəssisənə göndərilməsinə ehtiyac qalmayıb.

Qeyd edək ki, Maskeranonun 1 illik həbs cəzasının əvəzinə təxminən 21 min 600 avro ödəyəcəyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]