A Seriyası: "Yuventus" çempionata inamlı qələbə ilə başladı 25-08-2025, 09:27 İtaliya A Seriyasının 1-ci turunda "Yuventus" "Parma"nı qəbul edib.Oxu.Az xəbər verir ki, "Allianz" stadionundakı qarşılaşmada meydan sahibləri 2:0 hesablı qələbəni bayram ediblər."Yuventus"un yeni futbolçusu Conatan David 60-cı dəqiqədə fərqlənib. Kanadalı "qoca sinyora"ya yay transfer pəncərəsində pulsuz qoşulub.Andrea Kambiaso 84-cü dəqiqədə meydandan qovularaq "Yuve"ni azlıqda qoyub. Buna baxmayaraq, elə həmin dəqiqədəcə Vlahoviç fərqi artırıb.Maraqlıdır ki, hər iki qolda məhsuldar ötürmənin müəllifi türkiyəli Kənan Yıldız olub.İkinci turda "Yuventus" səfərdə "Cenoa" ilə qarşılaşacaq. "Parma" isə növbəti oyunda "Atalanta"nı qəbul edəcək. Facebook-da paylaş