"Benfika" klubu "Real Madrid"lə oyunda irqçi jestlər göstərən fanatları tapıb

21-02-2026, 16:18           
"Benfika" klubu "Real Madrid"lə oyunda irqçi jestlər göstərən fanatları tapıb
"Benfika"nın əməkdaşları UEFA Çempionlar Liqasının "Real Madrid" ilə ilk pley-off matçının (0:1) videoyazısını təhlil ediblər və oyun zamanı irqçi jestlər nümayiş etdirən azarkeşləri müəyyənləşdiriblər.

Bu barədə "A Bola" nəşri məlumat yayıb.

Xatırladaq ki, ikinci hissədə görüş "kral klubu"nun braziliyalı hücumçusu Vinisius Juniorun "Benfika"nın yarımmüdafiəçisi Canluka Prestianninin onu "meymun" adlandırdığını bildirməsindən sonra dayandırılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru