Əlcəzair millisindən DÇ-2026-da Avstriya ilə unikal göstərici - FOTO

Bu gün, 09:57           
Əlcəzair millisindən DÇ-2026-da Avstriya ilə unikal göstərici - FOTO
DÇ-2026-da qrup mərhələsinin son turunda keçirilmiş Əlcəzair - Avstriya qarşılaşmasında (3:3) afrikalılar maraqlı göstəriciyə imza atıblar.

Oxu.Az RBK-ya istinadən xəbər verir ki, "Opta" analitik platformasının hesablamasına görə, Əlcəzair futbolçuları Avstriyanın qapısına vurduqları üçüncü qoldan əvvəl beş dəqiqədən çox fasiləsiz topa sahib olublar.

Lakin 93-cü dəqiqədə Əlcəzair millisinin kapitanı Riyad Marez komanda yoldaşlarının 110 ötürməsindən sonra fərqlənərək hesabı 3:2 edib.

Bununla belə, Əlcəzair millisi üstünlüyünü cəmi üç dəqiqə qoruya bilib. Avstriya yığmasında sonradan meydana daxil olan Saşa Kalayciç 96-cı dəqiqədə hesabı bərabərləşdirib.

Nəticədə Avstriya J qrupunu ikinci pillədə başa vuraraq pley-offda İspaniya ilə qarşılaşacaq. Əlcəzair isə qruplarda üçüncü yeri tutan ən yaxşı səkkiz komanda sırasında yer alaraq 1/16 finala yüksəlib və bu mərhələdə İsveçrə ilə üz-üzə gələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru