Türkiyədə 40 min hektar meşə külə döndü

Bu gün, 08:44           
Türkiyədə 40 min hektar meşə külə döndü
Türkiyədə baş verən 3 min 224 meşə yanğınının böyük hissəsi insan səhlənkarlığı nəticəsində baş verib.

TEREF xəbər verir ki, bu yanğınlar nəticəsində ümumilikdə 40 min 32 hektar meşə sahəsi külə dönüb.

Məlumatda bildirilir ki, son illərdə iqlim dəyişikliyi, havanın temperaturunun yüksəlməsi və rütubətin azalması meşə yanğınlarının sayının artmasına ciddi təsir göstərib.

Yanğınlar qəsd, səhlənkarlıq, qəza, təbii amillər və səbəbi müəyyən edilməyən hadisələr kimi təsnif edilir. Statistikaya əsasən, ən böyük zərər məhz səhlənkarlıqdan qaynaqlanan yanğınlar nəticəsində qeydə alınıb və 40 min 32 hektar meşə sahəsi məhv olub.(milli.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru