Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsinin ilk oyunu baş tutub.
Oxu.Az xəbər verir ki, Los-Anceles şəhərində keçirilən qarşılaşmada Kanada Cənubi Afrika Respublikası (CAR) millisinə minimal hesabla qalib gəlib - 1:0.
Yeganə qolu görüşün 90+2-ci dəqiqədə Stiven Euştakiu vurub.
Kanada millisi 1/8 finalda Niderland - Mərakeş cütünün qalibi ilə üz-üzə gələcək.