Qəbələdə güclü leysan yağışlarından sonra evlərin həyətinə su dolub, yollarda hərəkət məhdudlaşıb

Bu gün, 09:44           
Qəbələdə güclü leysan yağışlarından sonra evlərin həyətinə su dolub, yollarda hərəkət məhdudlaşıb
Qəbələdə güclü leysan yağışlarından sonra evlərin həyətinə su dolub.

TEREF xəbər verir ki, günorta saatlarından başlayaraq leysan xarakterli yağışlar nəticəsində Qəbələnin Vəndam qəsəbəsində Qara çaydan sel keçib.

Nəticədə kəndin mərkəzində çay kənarında yerləşən Məscidin həyətinə, yeni tikilən yolun bir hissəsinə eləcə də çay kənarında yerləşən bağ və digər ərazilərə selin gətirdiyi lil yığılıb.

Sel yeni tikilən yolun bir hissəsini də tamamilə yararsız vəziyyətə salıb. Leysan yağışları ilə əlaqədar avtomobillərin hərəkətində çətinliklər yaranıb. Selin yaratdığı problemlərin aradan qaldırılması istiqamətində işlər aparılır. (apa)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru