Türkiyədə futbolçunun topla vurduğu qağayı xilas edildi - VİDEO

24-02-2026, 16:18           
Türkiyədə futbolçunun topla vurduğu qağayı xilas edildi - VİDEO
İstanbulun həvəskar liqasında çıxış edən futbolçu meydanda topun dəyməsi nəticəsində yerə düşən qağayıya ürək masajı edərək onu həyata qaytarıb.

"Anadolu Ajansı" xəbər verir ki, insident birinci həvəskar liqanın final oyununda, qarşılaşmanın 22-ci dəqiqəsində baş verib.
İstanbul komandasının qapıçısı Muhammet Uyanıkın qapıdan uzaqlaşdırmağa çalışdığı top meydan üzərindən uçan quşa dəyib.

Qağayıya ilk yardımı klubun kapitanı Qani Çatan göstərib və ona süni ürək masajı edib. Daha sonra quş baytarlara təhvil verilib.

Sonradan məlum olub ki, qağayı sağ qalıb, lakin qanadlarının ağır zədələnməsi səbəbindən uçmaq qabiliyyətini itirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru