"Barselona" Lamin Yamalı 250 milyon avroya PSJ-yə satmaqdan imtina edib

24-02-2026, 16:38           
"Barselona" Lamin Yamalı 250 milyon avroya PSJ-yə satmaqdan imtina edib
"Barselona" futbol klubunun prezidenti Xuan Laporta PSJ-nin vingeri Lamin Yamalı transfer etmək istədiyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, daha əvvəl bir sıra mətbuat orqanları Fransa klubunun gənc futbolçuya maraq göstərdiyini yazmışdı.

"PSJ iki il əvvəl Lamin Yamal üçün bizə 250 milyon avro təklif etmişdi. Biz imtina etdik. Onun 17 yaşı var idi - bəziləri bizi dəli hesab edirdi!" - deyə Laporta bildirib.

Lamin Yamal 2023-cü ilin aprelindən "Barcelona"nın əsas komandasında çıxış edir. İspan futbolçu 15 yaş 290 günlüyündə klubda debüt edib. Cari mövsümdə hücumçunun bütün turnirlərdə "mavi-qırmızılar"ın heyətində 33 oyunda 15 qolu və 14 məhsuldar ötürməsi var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru