Fransada qapıçı Ramazana görə yalandan özünü zədələnmiş kimi göstərməkdə şübhəli bilinir

27-02-2026, 15:38           
Fransada qapıçı Ramazana görə yalandan özünü zədələnmiş kimi göstərməkdə şübhəli bilinir
Fransa çempionatında fevralın 22-də "Nant"ın portuqaliyalı qapıçısı, "Havr" ilə oyun zamanı zədələndiyini bildirən Antoni Lopeş Ramazan ayında oruc tutan futbolçuların yemək yeməsinə şərait yaradıb.

Bu barədə "Ouest-France" və "Give Me Sport" nəşrləri yazır.

Gün batdıqdan sonra matçın 74-cü dəqiqəsində Lopeş yıxılaraq bud nahiyəsində ağrıdan şikayət edib. Qapıçılara tibbi yardım birbaşa meydanda göstərildiyi üçün tibbi heyət ona tərəf qaçıb və bir neçə dəqiqə ərzində Lopeşi müayinə edib.

Bu vaxt İslam dininə etiqad edən bir neçə oyunçu yemək yemək və su içmək üçün ehtiyat oyunçular skamyasına tərəf yollanıb.

Lopeş oyunu davam etdirib, matçdan sonra isə jurnalistlərin zədə ilə bağlı suallarına "mənalı şəkildə gülümsəyərək" cavab verib. "Ouest-France" qeyd edir ki, bu, fasilənin qəsdən edildiyi şübhələrini artırıb.

İngiltərə və Almaniya liqalarından fərqli olaraq, Fransa çempionatında dini səbəblərə görə fasilələrə icazə verilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru