"Budyo Qlimt" Çempionlar Liqasında ilkə imza atdı

18-03-2026, 10:08           
"Budyo Qlimt" Çempionlar Liqasında ilkə imza atdı
"Budyo Qlimt" futbol klubu UEFA Çempionlar Liqası (ÇL) tarixində ardıcıl altı oyunda start heyətini dəyişməyən ilk klub olub.

Bu barədə Championat.com xəbər verir.

"Budyo Qlimt" ÇL-nin 1/8 final mərhələsində iki görüşün yekununda "Sportinq"ə 3:5 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.

Norveç təmsilçisi daha əvvəl turnirin ümumi mərhələsinin oyunlarında "Mançester Siti"ni 3:1, "Atletiko Madrid"i isə 2:1 hesabı ilə məğlub etmişdi. Pley-off mərhələsində "Budyo Qlimt" iki görüşün cəmində "İnter"ə 5:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, klubun əsas heyətindəki 11 futbolçudan 9-u norveçlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru