Həsrət Cəfərov Avropa çempionu oldu

Bu gün, 09:44           
Həsrət Cəfərov Avropa çempionu oldu
Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatı davam edir.

TEREF APA-ya istinadla xəbər verir ki, bu gün Azərbaycanın daha güləşçisi döşək üzərinə çıxıb.

Yarışın üçüncü günündə Həsrət Cəfərov (67 kq) finalda Türkiyə təmsilçisi Murat Fıratla qarşılaşıb. O, rəqibinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Nihat Məmmədli (60 kq) isə bürünc medal uğrunda UWW təmsilçisi Suner Konunovla üz-üzə gəlib. O, rəqibindən güclü olaraq medala sahib çıxıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.

Bu gün isə daha bir güləşçimiz Qurban Qurbanov (82 kq) isə eyni raundda UWW təmsilçisi Adlet Tyulyubaevlə qarşılaşacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru