Kloppun Almaniya millisi ilə çıxacağı ilk ev oyununun biletləri 10 dəqiqəyə satıldı
Bu gün, 11:18
Almaniya və Yunanıstan milliləri arasında keçiriləcək Millətlər Liqasının ev oyununa bütün biletlər satışa çıxarıldıqdan 10 dəqiqə sonra satılıb.
Bu barədə "Bild" nəşri xəbər verir.
Qarşılaşma sentyabrın 27-də Aqsburqda baş tutacaq və Yurgen Kloppun Almaniya milli komandasının baş məşqçisi postunda ilk ev oyunu olacaq.
Millətlər Liqası çərçivəsində Almaniya yığması A divizionunun ikinci qrupunda mübarizə aparır və burada onun digər rəqibləri Niderland və Serbiya yığmalarıdır.