Rusiyada həbs edilən azərbaycanlı avtoritet bu hala salındı - QOD NİSANOVUN BAZARINDAN HAQQ TƏLƏB ETMİŞDİ

Bu gün, 11:31           
Rusiyada həbs edilən azərbaycanlı avtoritet bu hala salındı -
Xəbər verdiyimiz kimi, Moskvada azərbaycanlı iş adamı Qod Nisanova məxsus “Mandarin” Ticarət Mərkəzində çalışan sahibkarlardan haqq tələb edən “Zayka” ləqəbli Zaur Əliyev, qardaşı Azər Əliyev və digər səkkiz nəfər kriminal qruplaşma üzvləri həbs edilib.

Xüsusi əməliyyat tədbiri nəticəsində tutulan 8 azərbaycanlıya qarşı gücdən istifadə olunub.

Əldə etdiyimiz məlumata görə, əməliyyat zamanı həbs edilən “Zayka”ya qarşı xüsusi zorakılıq törədilib.

Gununsesi.info adıçəkilən şəxsin həbsdən sonrakı eksklüziv görüntüsünü təqdim edir.

Qeyd edək ki, bir müddət əvvəl azərbaycanlı iş adamı Qod Nisanova məxsus Moskvanın Şolkoviskaya prospektindəki “Mandarin” Ticarət Mərkəzinə gedən qruplaşma üzvləri həmin ticarət mərkəzində fəaliyyət göstərən iş adamları qarşısında puı tələbi qoymuşdu.

Onu da xatırladaq ki, bu dəstə Moskvanın məşhur Food Sity bazarında çalışan Şəmkirdən olan iş adamı Cəlal Məmmədovdan da pul tələb edib.

O, bundan imtina etdiyi üçün öz evinin qarşısında ölümcül döyülmüşdü.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]