Mbappedən möhtəşəm HET-TRİK: "Real Madrid" rəqibini darmadağın etdi - VİDEO
Bu gün, 10:58
İspaniya La Liqasında ilk turun təxirə salınmış "Real Madrid" - "Real Sosyedad" oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, "kral klubu" doğma meydanda rəqibini 4:1 hesabı ilə darmadağın edib.
Madrid təmsilçisinin heyətində fransalı hücumçu Kilian Mbappe het-triklə yadda qalıb. Daha bir qolu Vinisius Junior vurub. Qonaqların yeganə qolunun müəllifi isə Luka Suçiç olub.