Zəngilan məktəbi üçün 2 milyonluq mebel və avadanlıq - Qalib şirkətin sahibi kimdir?

Bu gün, 08:44           
Zəngilan məktəbi üçün 2 milyonluq mebel və avadanlıq - Qalib şirkətin sahibi kimdir?
Elm və Təhsil Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “HN Construction” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə satınalma müqaviləsi imzalayacaq.

Qaynarinfo xəbər verir ki, şirkət Zəngilan tam orta məktəbi üçün mebel və avadanlıqların satın alınması ilə bağlı keçirilən tenderin qalibi seçilib.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 2 078 569,88 manatdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “HN Construction” QSC 13 noyabr 2015-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 2010 manatdır.

Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, mənzil 14-də yerləşir. Şirkətin qanuni təmsilçisi Məmmədov Elşən Oqtay oğludur.

“HN Construction” QSC-nin ilk qanuni təmsilçisi Hümmətov Natiq Məhəmməd oğlu olub.

O, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətovun qardaşıdır. Bu baxımdan, mediada “HN Construction” QSC Namiq Hümmətovun şirkəti kimi təqdim edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]