4 il məzuniyyətə çıxmadan işlədi, təzminat verilmədən işdən çıxarıldı (VİDEO)

Bu gün, 11:56           
4 il məzuniyyətə çıxmadan işlədi, təzminat verilmədən işdən çıxarıldı (VİDEO)
Zaqatala sakini Sərcahan Ramazanova deyir ki, 2023-cü ildən paytaxtda – İçərişəhərdə yanaşı yerləşən və eyni şirkətə məxsus olan bir neçə butik hoteldə supervayzer kimi fəaliyyət göstərir.

İyulun 28-də ona şifahi şəkildə işdən azad olunduğu bildirilib. Sərcahan Ramazanovanın iddiasına görə, tabeliyində olan təmizlikçi qadına karqo ilə gül göndərildiyinə görə, müdir əsəbiləşib onu işdən çıxarıb.

Sərcahan Ramazanova iddia edir ki, 4 il məzuniyyətə çıxmadan işləyib. Lakin işdən çıxarıldığına görə ona məzuniyyət günlərinin ödənişi və təzminat verilməyəcəyi bildirilib.

Hüquqşünas Şamil Paşayev deyir ki, əgər işçi işlədiyi müddət ərzində məzuniyyət hüququndan istifadə etməyibsə və ona məzuniyyət pulu verilməyibsə, bu, qanun pozuntusudur.//Xəzər TV














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]