Gəlin koronavirus çıxdı, toya gələnlər karantinə alındı

4-08-2020, 22:51           
Gəlin koronavirus çıxdı, toya gələnlər karantinə alındı
Gəlin toyunun səhəri gün koronavirus olduğunu öyrənib.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin Tokat vilayətində yaşayan Ö.M. adlı qadın ailə qurduğu günün səhəri özünü halsız hiss etməyə başlayıb. Yüksək qızdırma ilə xəstəxanaya yatırılan gəlinin koronavirus testinin nəticəsi müsbət çıxıb.

Gəlində koronavirus aşkarlandığına görə toyda iştirak edənlərin sağlamlıq vəziyyətinin yoxlanılması və karantinə alınması barədə tapşırıq verilib.

Qeyd edək ki, Türkiyə bir müddətlik karantin rejimi tətbiq etsə də, sonradan toyların keçirilməsinə icazə verilib. Hazırda Türkiyə koronavirusa yoluxma sayına görə onyeddinci yerdədir. Bu ölkədə 5700-dən çox insan Covid-19 səbəbindən dünyasını dəyişib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru