İspaniyada nəhəng dolu yağdı: Ölən və yaralananlar var

1-09-2022, 08:36           
İspaniyada nəhəng dolu yağdı:
İspaniyanın şimal-şərqində şiddətli fırtına zamanı diametri təxminən 10 santimetr olan dolu yağıb.

Dolunun altında qalan 20 aylıq körpə ölüb.

Belə ki, dolu zamanı iri buz parçaları körpə uşağın başına düşüb. Xəstəxanaya aparılan körpənin həyatını xilas etmək mümkün olmayıb.

Yağan dolu nəticəsində 29 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, avtomobilə, yaşayış evlərinə ziyan dəyib.

İspaniyalı meteoroloqlar bildiriblər ki, bu son 20 ilin ən böyük dolu yağıntısıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru