Şeyxin qudasının evindən silah çıxmasına DİN-dən - Reaksiya

15-05-2015, 15:00           
Şeyxin qudasının evindən silah çıxmasına DİN-dən - Reaksiya
“Daxili İşlər Nazirliyi deputat Qalib Salahzadənin evində axtarış aparılması xəbəri ilə bağlı heç bir rəsmi açıqlama yaymayacaq”. Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Qeyd edək ki, Milli Məclisin deputatı Qalib Salahzadənin evindən silah-sursat aşkar edilməsi ilə bağlı məlumatı “qafqazinfo.az” saytı hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadla yayıb. Bildirilir ki, Qalib Salahzadənin evində polis əməliyyat keçirib və evdən patronla dolu silah daraqları, silahlar və xeyli patron aşkar edilib. Millət vəkili olan Qalib Salahzadə Bütün Qafqazın şeyxi Allahşükür Paşazadənin qudasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru