Dəniz levrəyinin kilosunu xaricdən 11 manata almışıq - ÖLKƏLƏR, QİYMƏTLƏR
13-10-2025, 17:14
Cari ilin müvafiq dövründə Azərbaycana 36,89 ton miqdarında dəniz levrəyi idxal olunub. Bu məhsulların ümumi dəyəri 239,53 min ABŞ dolları təşkil edib.
İdxal olunan dəniz levrəyinin 1 kiloqram üçün orta qiyməti 6,49 ABŞ dolları və ya 11,03 manat olub.
Ən böyük idxal Türkiyədən həyata keçirilib. Belə ki, 36,87 ton məhsul 238,43 min ABŞ dollarına alınıb. Beləliklə, Türkiyədən gətirilən levrəyin 1 kiloqram üçün orta qiyməti təxminən 6,47 ABŞ dolları və ya 10,99 manat təşkil edib.
Almaniyadan 0,01 ton (10 kiloqram) dəniz levrəyi idxal olunub və bu məhsulun dəyəri 0,67 min ABŞ dolları təşkil edib. Almaniyadan idxal edilən levrəyin kiloqram qiyməti 67,00 ABŞ dolları və ya 113,90 manat olub.
Niderlanddan isə 0,01 ton (10 kiloqram) levrək 0,26 min ABŞ dollarına idxal olunub. Niderland məhsulunun kiloqram qiyməti 26,00 ABŞ dolları və ya 44,20 manat təşkil edib.