Kartof ixracı Azərbaycana nə qədər qazandırıb?

20-10-2025, 16:34           
Kartof ixracı Azərbaycana nə qədər qazandırıb?
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan xaricə 70 min 916,49 ton kartof ixrac edib.

Ötən ilin eyni dövründə bu göstərici 48 min 234,08 ton olub. Beləliklə, kartof ixracı 22 min 682,41 ton və ya 47,02% artım göstərib.

Hesabat dövründə ixracın statistik dəyəri 28 milyon 195,11 min ABŞ dolları təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu rəqəm 20 milyon 470,85 min dollar olub.

Nəticədə kartof ixracının dəyəri 7 milyon 724,26 min dollar və ya 37,73% artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru