Buker kitab mükafatı artıq uşaq ədəbiyyatına görə də veriləcək

25-10-2025, 15:44           
Buker kitab mükafatı artıq uşaq ədəbiyyatına görə də veriləcək
Buker Mükafatı Fondu yeni ədəbi mükafatın - Uşaq Buker Mükafatının təsis edildiyini açıqlayıb.

Oxu.Az "The Guardian"a istinadən xəbər verir ki, mükafat 8-12 yaş arası oxucular üçün ən yaxşı bədii əsərə görə veriləcək.

Mükafat 2026-cı ildə təsis ediləcək və ilk qalib 2027-ci ilin əvvəlində elan ediləcək.

Münsiflər heyəti həm böyüklərdən, həm də uşaqlardan ibarət olacaq ki, bu da mükafatın tarixində bir ilkdir.

Qalib 50 000 funt sterlinq məbləğində mükafat alacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru