Kiyevdə güclü PARTLAYIŞLAR VİDEO

25-10-2025, 10:16           
Kiyevdə güclü PARTLAYIŞLAR  VİDEO
Ukraynanın paytaxtı Kiyevdə partlayışlar baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko "Telegram" kanalında paylaşım edib.

Merin sözlərinə görə, şəhərin Desnyan və Darnitsa rayonlarında qeyri-yaşayış binalarında güclü yanğınlar baş verib.

O qeyd edib ki, Dnepr rayonunda isə yaşayış binaları zədələnib, avtomobillər yararsız hala düşüb, yaşayış binalarından birinin həyətində krater əmələ gəlib.

Məlumata görə paytaxtda yerləşən uşaq bağçasının da hücumdan zərər çəkdiyini vurğulayıb.

Hücum nəticəsində səkkiz nəfər yaralanıb, onlardan üçü xəstəxanalıq olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru