"Ayfon 18” buna görə digər modellərdən fərqlənəcək

26-10-2025, 00:02           
"Ayfon 18” buna görə digər modellərdən fərqlənəcək
“Əpl” “Ayfon 18” seriyasının operativ yaddaş tutumunu indiki modellərlə müqayisədə təxminən 50% artırmağı planlaşdırır.


Sitat.info xəbər verir ki, bu haqda “Bell” nəşri məlumat yayıb.

Bildirilir ki, hazırkı “iPhone 17” seriyasında “iPhone Air”, “iPhone 17 Pro” və “iPhone 17 Pro Max” modelləri sələflərindən 4 GB çox olan 12 GB RAM ilə təchiz olunub.

Yaddaş tutumunun bu artımı süni intellektlə işləmə tələblərinin artması ilə əlaqədardır. Bununla belə, əsas “iPhone 17” 8 GB operativ yaddaşa malik yeganə yeni nəsil model olaraq qalır.

Məlumata görə, “Apple” “iPhone 18” seriyasının spesifikasiyalarını standartlaşdırmaq və 8 GB konfiqurasiyaları ləğv etmək niyyətindədir. Şirkət artıq “Samsung”dan yalnız 12 GB və 16 GB konfiqurasiyalarda mövcud olan LPDDR5X çiplərinin tədarükünü artırmağı xahiş edib. “Apple” həmçinin mobil DRAM tədarükünü genişləndirmək üçün “SK Hynix” və “Micron” ilə danışıqlar aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru