Kiyevə dron hücumu – 26 nəfər yaralandı

26-10-2025, 11:24           
Kiyevə dron hücumu – 26 nəfər yaralandı
Oktyabrın 26-na keçən gecə Rusiya ordusu Kiyevə kütləvi dron hücumu həyata keçirib.

Tribunainfo.az “RBK Ukraine” saytına istinadən xəbər verir ki, hücum nəticəsində paytaxtda yanğın baş verib, ümumilikdə 26 nəfər xəsarət alıb, onların arasında altı uşaq var.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, saat 02:23 radələrində Kiyev istiqamətinə bir qrup “Şahed” tipli kamikadze dronu hərəkət edib. Bir neçə dəqiqə sonra şəhərdə hava həyəcanı elan olunub.

Zərbələr əsasən Desnyanski və Obolonski rayonlarına dəyib. Hadisə yerinə xilasedicilər və tibb briqadaları cəlb olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru